Qalmaqallı epizoddakı hakim: “Batista yerə yox, mənə tüpürdü”

XƏBƏR 13 Mart 2009 / 18:10 2464
-  A +

“Məgər mən yalan danışıram? Neçə ildir hakimilik edirəm, yerə tüpürməklə adama tüpürməyin fərqini bilmirəm?”. Bu sözləri Qol.Az-a “Bakı” ilə “Xəzər-Lənkəran” arasında keçirilən ölkə kubokunun təkrar ¼ final matçının yan xətt hakimi olan İlham Əliyev deyib. İ.Əliyev həqiqətən də “Bakı”nın braziliyalı hücumçusu Batistanın ona tüpürdüyünü deyib: “Birincisi orada qayda pozuntusu yox idi. Olsaydı verərdim. İkinisi, oyunun kasetinə baxın, özünüz də görəcəksiniz ki, mən yalan danışmıram. Heç kim məni buna görə ittiham edə bilməz. Baş verənləri hamı gördü. Həmin epizodda Batista etiraz əlaməti olaraq, mənə tərəf tüpürdü və haqlı olaraq meydandan qovuldu. Baş verənlər Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun da gözləri önündə oldu”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı