Nazir İlqar Qurbanovun oyununa baxacaq

XƏBƏR 13 Mart 2009 / 17:58 2495
-  A +

Milli komandamızın üzvü İlqar Qurbanovun çıxış etdiyi “Boluspor” bazar günü Türkiyə çempionatının birinci liqaında növbəti oyununa çıxacaq. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Boluspor” öz meydanında “Kasımpaşa”nı qəbul edəcək. İstanbul təmsilçisi hazırda turnir cədvəlində “Boluspor”u üstələdiyindən, İlqarın komandası qarşıdakı matçda mütləq qələbə qazanmalıdır. “Boluspor” - “Kasımpaşa” oyununu canlı olaraq stadiondan Türkiyənin idman naziri Murat Başesgioğlu da izləyəcək. Bu haqda “Boluspor”un prezidenti Necip Çarıkçı məlumat verib: “Kasımpaşa”yla oyunumuzu nazirimiz də canlı olaraq stadiondan izləyəcək. Buna görə də onun gəlişini mütləq qələbəylə qeyd etməliyik. Digər tərəfdən də hazırda komandamızın maddi vəziyyəti bir o qədər də yaxşı deyil. Ona görə də mütləq Superliqaya yüksəlməliyik ki, maddi baxımdan problemlərimizi yoluna qoyaq. Mən komandama inanıram və əminəm ki, “Boluspor” bu tapşırığın öhdəsindən gələcək”.

 


Son xəbərlər