“Qərar indicə stolumun üstünə gəlib, əsəbdən birtəhər olmuşam. Bu nə deməkdir, bu nə qərardır? Klubumuzun prezidenti Hafiz Məmmədov da federasiyada qəbul olunan qərardan bərk narazıdır və elə bu dəqiqə apelyasiya şıkayəti yazırıq”. Bu sözləri Qol.Az-a bu gün AFFA İntizam Komitəsinin “Bakı”nın futbolçusu Batista haqqında çıxardığı altı oyunluq cəzaya etiraz olaraq klubun vitse-prezidenti Zeynal Məmmədov söyləyib: “Necə olur ki, “Xəzər-Lənkəran”ın futbolçusu Emin Quliyev hamının gözünün önündə ana söyüşü söyür, heç onu cəzalandıran olmur, amma bizim futbolçunu olmayan şeyin üstündə altı oyunluq cəzalandırırlar? Kim hakimin üzünə tüpürüb? Harda tüpürüb? Allala and olsun,səhərdən oyunun kasetinə 10 dəfə baxmışam, amma heç bir şey görməmişəm. Bu, mümkün olan şey deyil. Batistanın özündən də soruşmuşam. Mənə deyir ki, siz nə danışırsınız, mən bura futbol oynamağa gəlmişəm. Məgər mən dəliyəm, bilmirəm, tüpürməyin cəzası nədir, heç belə ağılsız hərəkət edərəm? İnanın, buna baxmayaraq, oyundan sonra onu apardım hakimlər otağına. Dedim mən də inanıram ki, etməmisən, amma yenə də hakimdən üzr istə. Batista da yan xətt hakimi İlham Əliyevdən mənim yanımda üzr istədi. Xaqani Məmmədovla Gülağa Cabarov da orada idilər. Hətta özüm də dedim ki, əgər həqiqətən də belə bir şey olubsa, mən də üzr istəyirəm. Vallah, biillah belə şey olmayıb. Məqsədləri nədir, nə etmək istəyirlər bilmirəm. İlhama deyən lazımdır ki, onsuz da həmin epizodda cəriməni vermədin də. İndi vermədin də, qorxdun. Qorxdun ki, birdən cərimə verərsən “Bakı” da gedər qol vurar, bəs sonra “Xəzər-Lənkəran”a nə cavab verəcəksən? Yaxşı vermədin vermədin, daha bu qərar nədir? Hamımız insanıq, əsəblərimiz var. Bəlkə Batista da hakimin o qərarından hirslənib yerə tüpürüb. Onu da başa düşmək lazımdır. Cambazov ona qarşı elə kobudluq etdi ki, betonun üstünə yıxıldı. Amma yenə deyirəm, 10 dəfə kasetə baxmışam, gəlsinlər federasiya rəsmiləri ilə oturub yenə baxaq. Söz verirəm, əgər Batistanın yan xətt hakiminin üzünə tüpürdüyünü görsəm, özüm futbolçunu mövsümün sonuna kimi cəzalandıraram. Axı orda futbolçu hakimin üzünə tüpürməyib. Tüpürsə, heç olmasa sifəti yaş olardı da. Yenə deyirəm, bu qərara kəskin etirazımızı bildiririk. Bu qərarı qəbul edənlərin məqsədi “Bakı”nı «sındırmaqdır». Başa düşün bizi, mən maliyyəni küçədən yığmıram. O, futbolçuya nə qədər pul verib gətirmişik. 6 oyunluq cəza bilirsiz nə deməkdir? Çempionat qurtarmaq üzrədir, mən o futbolçunun xidmətindən harada istifadə edəcəyəm?”.
"Yuventus"dan xal itkisi
"Beşiktaş"dan qələbə
Avroliqada həftənin ən yaxşı futbolçusu odur
Yayda "Real"dan ayrılmaq istəyini rəhbərliyə bildirdi
18 xalları silindi, elitanı tərk edəcəklər
"Futbolçular uduzmaqdan qorxurdular" - Ayxan Abbasov
"Sumqayıt" "Turan Tovuz"u belə məğlub etdi - Video
"Sumqayıt" "Turan Tovuz"a qalib gəldi, 2-ci pilləyə yüksəldi
ÇL-də həftənin ən yaxşı oyunçusu
ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq
Ançelotti Ardaya icarəyə getməyi məsləhət görüb
La Liqa klubu baş məşqçi ilə müqaviləni uzatdı
Tovuzda heyətlər açıqlandı
"Roma"nın Lukaku qərarı
"Barselona" "Kamp Nou"ya nə vaxt qayıdacaq?
Naqelsmann daha 2 il Almaniya millisində
Bojoviç yeni mövsüm "Neftçi"də qalacaqmı? - Açıqlama
"Yuventus"a Ronaldo şoku
"Qəbələ" legioneri ilə müqaviləni ləğv etdi
Qurban Qurbanovun "Beşiktaş"ın baş məşqçi vəzifəsinə namizəd olması - Rəsmən təsdiqləndi
Xabi Alonso "Bayer"dən narazıdır
Olimpiya Oyunlarının məşəli yandırıldı - Video, Şəkillər
Premyer Liqanın oyunlarına hakim təyinatları açıqlandı
Avroliqada həftənin ən yaxşısı adına namizədlər
Pioli: "Milan"da qətiyyət çatışmırdı"
Klopp məğlubiyyətin səbəbini açıqladı
"Fənərbaxça" Konfrans Liqası ilə belə vidalaşdı - Video
"Bayer"dən Avropa rekordu
Konfrans Liqasında yarımfinalçılar müəyyənləşdi
"Qaradağ Lökbatan"dan səfər qələbəsi - Video
Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib
"Dinamo" - "Qusar" matçında 4 qol - Video
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta
UEFA "Barselona"nı cərimələdi