"Bakı"nın hücumçusuna ağır cəza

"Bakı"nın hücumçusuna ağır cəza
XƏBƏR 13 Mart 2009 / 16:38 2376
-  A +

AFFA-nın İntizam Komitəsinin qərarı ilə Azərbaycan kubokunun 1/4 finalının cavab oyunları çərçivəsində keçirilmiş “Bakı” - “Xəzər-Lənkəran” matçında “Bakı” klubunun 5 futbolçusu, “Xəzər-Lənkəran” klubunun isə 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub min manat cərimə olunub.  Oyunun 83-cü dəqiqəsində “Bakı” klubunun futbolçusu Uilyam Roşa Batista hakimə tüpürdüyünə görə birbaşa qırmızı vərəqə alaraq meydandan çıxarıldığı üçün futbolçu 6 oyunluq kənarlaşdırılıb, klub isə beş min manat cərimə olunub. Matçın 90+4-cü dəqiqəsində “Xəzər-Lənkəran” klubunun futbolçusu Emin Quliyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan çıxarıldığı üçün futbolçu 1 oyunluq kənarlaşdırılıb, klub isə iki yüz manat cərimə olunub. 

 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı