Yoaxim Löv: “Qrupumuzda zəif rəqib yoxdur”

XƏBƏR 13 Mart 2009 / 15:06 2338
-  A +

“Çoxları qrupda əsas favorit kimi Almaniya ilə Rusiyanın adını çəkir. Amma mən əksinə, düşünürəm ki, yer aldığımız qrupda zəif komanda yoxdur. Buna görə də oyunları bir-birindən fərqləndirmək olmaz”. Qol.Az-ın məlumatına görə, bu sözləri Almaniyanın Zeit.online saytına bu ölkənin milli komandasının baş məşqçisi Yoaxim Löv deyib. Löv yaxın gələcəkdə heyətdə köklü dəyişiklərin olacağını istisna etməyib: “Heyətdə Lemann, Medselder, Frinks və Ballak kimi təcrübəli futbolçular var. Amma milli komanda təkcə onlardan asılı deyil.  Gənclərə də şans verməyin vaxtı çatıb. Bu mənada, yaxın gələcəkdə heyətdə köklü dəyişiklər görsəniz, təəccüblənməyin”.


Son xəbərlər