Tunç Afşar: “Bakı” Almaniyanın aparıcı klubu ilə əməkdaşlıq edəcək”

XƏBƏR 13 Mart 2009 / 13:48 2949
-  A +

“Avropada azərbaycanlı futbolçuların axtarışına başlamışıq. Bu addım gələcəkdə Azərbaycan futbolunun inkişafına öz tövhəsini verəcək. Həm də unutmaq lazım deyil ki, komandamızın məqsədi Azərbaycanı Avrokuboklarda layiqincə təmsil etməkdir. Bu istiqamətdə fəaliyyətimiz davam edir”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Bakı”nın vitse-prezidenti Tunç Afşar klubun rəsmi saytına verdiyi açıqlamada deyib.
Klub rəsmisi “Xəzər-Lənkəran”a qarşı keçirdikləri kubok oyunu haqda da danışıb: “Bu matçı bütün futbolsevərlər izlədilər və hamı gördü ki, futbolçularımız meydanda ürəklərini qoydular. Mənim fikrimcə, bu oyunda "Bakı" qələbəyə daha layiq tərəf idi”.
Sonda isə T.Afşar “Bakı”nın Avropa klublarıyla əlaqələrinə toxunub: “Gənc futbolçularımız Aqil Məmmədovla və Bəxtiyar Sultanovu yenidən “Anderlext”ə təcrübə keçməyə göndərəcəyik. Bu sahədə yeni layihələrimiz var. Yaxın gələcəkdə Almaniyanın aparıcı klublarının biri ilə əməkdaşlıq müqaviləsi imzalamağı nəzərdə tutmuşuq”.


Son xəbərlər