Aslan Kərimov: «İnanıram ki, «Qarabağ»ın rəhbərliyi futbolçuları narazı salmayacaq»

Aslan Kərimov: «İnanıram ki, «Qarabağ»ın rəhbərliyi futbolçuları narazı salmayacaq»
ÖLKƏ FUTBOLU 26 Noyabr 2008 / 12:28 3818
-  A +

Ağdamın «Qarabağ» klubunun futbolçuları «Xəzər-Lənkəran»la oyundakı qələbəyə görə hələlik mükafatlandırılmayıblar. Bu barədə Qol.Az saytına açıqlamasında «Qarabağ»ın kapitanı Aslan Kərimov bildirib. Onun sözlərinə görə, çox güman, yaxın zamanlarda mükafatı alacaqlar: «Biz futbolçulara qələbə qazandığımız oyunlar üçün müəyyən məbləğdə pül müküfatı düşür. Ancaq hələlik rəhbərlik tərəfindən nə mükafat verilib, nə də veriləcək məbləğin miqdarı bizə deyilib».
«Xəzər-Lənkəran»la prinspial matçdakı qələbəyə görə futbolçulara və məşqçilərə üst-üstə 300 min manat ayrıldığı barədə məlumatlara toxunan A.Kərimov deyib: «Yüksək yerlər uğrunda mübarizə aparan hər bir komanda üzərində qazanılan qələbəyə görə daha çox pul verilir. Oyundan əvvəl komandamızın vitse prezidenti Tahir Gözəl bizimlə görüşdə bildirdi ki, bu oyunda Rasim Kara amilini fikirləşməməliyik, öz oyunumuzla sübut etməliyik ki, yüksək yerlər uğrunda mübarizə aparan komandayıq. Ona görə də biz bu oyuna daha yaxşı hazırlaşdıq və diqqətli oynadıq».
A.Kərimov inadığını bildirib ki, «Qarabağ»ın rəhbərliyi bu qələbəni layiqincə qiymətləndirəcək və futbolçular narazı qalmayacaq.            

 

 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki