İqor Ponomaryov: “Olimpik”i məğlub etməliyik”

XƏBƏR 13 Mart 2009 / 12:39 2343
-  A +

“Hazırlıqlarımızı həmişəki qaydada davam etdiririk. Çalışacağıq ki, “Olimpik”i məğlub edək”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri “Xəzər-Lənkəran”ın baş məşqçisi İqor Ponomaryov deyib. O bildirib ki, kubok uğrunda mübarizəni dayandırmalarına baxmayaraq, komandanın düşərgəsində ab-hava yaxşıdır: “Bakı”yla oyunda bəxt bizdən üz döndərdi. Halbuki mərhələ adlamağa çox yaxın idik. Buna görə də uşaqlar səbirsizliklə “Olimpik”lə oyunu gözləyirlər. Sübut etməliyik ki, biz heç də zəif deyilik. Düşərgədə ab-hava yaxşıdır. Uşaqlar qarşıdakı matçda qələbə qazanmağa çalışacaqlar. Sevindirici haldır ki, düşərgədə heç bir zədəli futbolçu yoxdur. Yalnız Emin Quliyev cəzalı olduğu üçün meydana çıxmayacaq. Qalan futbolçular tam gücləriylə hazırlıq prosesində çalışırlar”.
İ.Ponomaryov rəqibin də güclü komanda olduğunu vurğulayıb: “Bütün bunlara baxmayaraq, qeyd etməliyəm ki, “Olimpik” heç də zəif komanda deyil. Son oyunlarına baxmışam. Heyətdə yaxşı futbolçuları var. Onlar da bizim kimi kubokda mübarizəni dayandırdıqlarından bütün diqqətlərini çempionata yönəldiblər. Buna görə də meydana 3 xal üçün çıxacaqlar”.


 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı