“Adidas” öz mallarını Azərbaycanla oyununda reklam edəcək

XƏBƏR 13 Mart 2009 / 12:31 2341
-  A +

Rusiya Futbol İttifaqı bu ölkənin milli komandasına sponsorluq edən şirkətlərlə danışıqları yekunlaşdırıb ki, bunların sırasında dünyaca ünlü “Adidas” firması da var. Bu firma eksküziv olaraq Rusiya millisi üçün hazırladığı geyim dəstlərini məhz martın 28-də Azərbaycanla keçiriləcək oyunda reklam edəcək. Qol.Az-ın Sport.Ru saytına istinadən yaydığı xəbərə görə oyuna marağın böyük olduğunu nəzərə alan şirkət rəhbərliyi bu təkliflə RFİ-na müraciət edib və müsbət razılıq alıb. Beləliklə martın 28-də Rusiya-Azərbaycan matçını izləməyə gələn azarkeşlər elə stadionun girəcəyindəcə “Adidas”ın malları ilə tanış ola biləcəklər.


Son xəbərlər