Rəşad Abdullayev məşqlərə başladı

XƏBƏR 13 Mart 2009 / 12:24 2405
-  A +

“Xəzər Lənkəran”ın dünənki məşqində uzun müddətli zədə üzündən yaşıl meydanlardan kənarda qalan Rəşad Abdullayev də qatılıb. Qol.Az-ın məlumatına görə, 27 yaşlı sağ cinah yarımmüdafiəçisi hələ fevralda komandanın Türkiyədə keçirilən təlim-məşq toplanışı zamanı ciddi zədə almışdı.
Nəhayət, müalicəni başa vuran Rəşad dünəndən başlayaraq fərdi məşqlərə start verib. Həkimlərin rəyinə görə, fərdi məşqlərlə kifayətlənən havbek komandaya təxminən 10 gün sonra qoşula bilər.
Qeyd edək ki, Rəşadla yanaşı komandanın daha iki futbolçusu - qapıçı Kamran Ağayevlə yarımmüdafiəçi Ceyhun Sultanov da zədə üzündən məşqlərə qatıla bilmirlər.


 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord