Türkiyəli menecerlər Mahir Şükürovun oyununu izləməyə gəlir

Türkiyəli menecerlər Mahir Şükürovun oyununu izləməyə gəlir
ÖLKƏ FUTBOLU 13 Mart 2009 / 12:15 2884
-  A +

“Mahir Şükürovla bir neçə Super Liqa klubu maraqlanır və o, növbəti mövsümdən etibarən Türkiyədə oynaya bilər”. Bunu Qol.Az-a futbolçunun meneceri Sakit Rzayev deyib. Onun sözlərinə görə, türklər Şükürovun oyununu izləmək üçün Azərbaycana gələcəklər: “Həmin klubların adlarını çəkə bilməyəcəm. Amma onu deyə bilərəm ki, Mahir hələ “Olimpik” Antalyada təlim-məşq toplanışında olarkən türklərin diqqətini çəkib və hətta onunla birbaşa müqavilə bağlamaq istəyirdilər. Sadəcə həmin vaxt bir çox azərbaycanlı futbolçu Türkiyə klublarında baxışdan keçsə də, bəyənilməyərək geri qayıtmışdı. Bu isə azərbaycanlı futbolçulara qarşı bir qədər inamsızlıq yaratmışdı. Amma türklər Mahirin xidmətində maraqlıdırlar və onlar martın sonlarında həm milli komandada, həm də klubda Mahirin oyununu izləyəcəklər. Onsuz da yayda Şükürovun “Olimpik”lə müqaviləsi başa çatır və o sərbəst şəkildə istədiyi kluba keçə biləcək”.

 

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı