Qurban Qurbanov: "Kuboka bir addım da yaxınlaşdıq"

XƏBƏR 12 Mart 2009 / 20:20 2444
-  A +

"Növbəti mərhələyə yüksəldiyimizə görə çox şadam. Məqsədimiz ölkə kubokunu qazanmaqdır. Məqsədimizə doğru inamlı addım atdıq". Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi"ylə oyunsonrası mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Q.Qurbanov oyunun çətin keçdiyini də vurğulayıb: "Çempionatda ardıcıl iki məğlubiyyətdən sonra komandamızın düşərgəsində ab-hava yaxşı deyildi. Buna görə də həm iddiamızı ortaya qoymaq üçün, həm də komanda daxili ab-havanı yaxşılaşdırmaq üçün bugünkü oyunda bizə uğurlu nəticə lazım idi. Sevinirəm ki, istəyimizə çatdıq. Baxmayaraq ki, oyun çox gərgin keçdi. Bununla belə sona qədər inamlı oynayaraq, qapımızın toxunulmazılığını təmin etdik".  


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı