“Ponomaryovla yox, Cambazovla sözüm düz gəlmədi”

“Ponomaryovla yox, Cambazovla sözüm düz gəlmədi”
ÖLKƏ FUTBOLU 12 Mart 2009 / 15:07 2598
-  A +

“Ponomaryov Azərbaycan futbolunun canlı əfsanəsidir. Mən onun SSRİ millisinin heyətində Seul olimpiyadasındakı çıxışını xatırlayıram”. Qol.Az-ın məlumatına görə, dünən “Xəzər-Lənkəran”la oyun zamanı rəqibin baş məşqçisi İqor Ponomaryovla mübahisə etməsi barədə yayılan xəbərlərə münasibət bildirən “Bakı”nın baş məşqçisi Coko Haciyevski deyib. Makedoniyalı çalışdırıcının sözlərinə görə, Ponomaryovla aralarında heç bir problem yoxdur: “Ponomaryov çox mədəni insandır. Dünən oyun zamanı onunla deyil, rəqib futbolçu Konstandin Cambazovla sözüm düz gəlmədi. Çünki o, heç nədən Fabio Luis Ramimə sarı vərəqə verilməsini tələb edirdi. Mənsə, bu fikirlə razılaşmadığıma görə, ona narazılığımı bildirdim. Ümumiyyətlə, bu məsələni şişirtməyə dəyməz. Çünki futbolda hər bir şey ola bilər. Ponomaryov isə bərk əsəbləşdiyimi görüb, məni sakitləşdirməyə çalışırdı. Oyundan sonra da həmkarımla əl tutub, görüşdük. Biz yenə bir-birimizin hörmətini saxlayırıq”.

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı