Ruslan Əmircanov: “Bakılı” heç də zəif komanda deyil”

XƏBƏR 12 Mart 2009 / 13:49 2262
-  A +

“Hazırda çempionatda zəif komanda yoxdur. Buna görə də düşünürəm ki, “Bakılı”yla oyunumuz çətin keçəcək”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri həftəsonu premyer-liqanın XVIII turunda “Bakılı”yla qarşılaşacaq “Standard”ın üzvü Ruslan Əmircanov deyib. Gənc müdafiəçi hesab edir ki, “Bakılı” çoxlarının düşündüyü kimi zəif komanda deyil: “Bu gün hər komandanın özünə görə oyun sxemi, taktikasi var. O cümlədən də “Bakılı”nın. Onlar öz oyunlarıyla sübut ediblər ki, heç də zəif deyillər. Hətta birinci dövrədəki oyunda da onları məğlub edə bilməmişdik. Həmçin qarşılaşma 1:1 hesabıyla başa çatmışdı. Bununla belə, bu dəfə rəqibi məğlub etməliyik. Çünki ardıcıl iki qələbədən sonra komandamızın düşərgəsində ab-hava çox yaxşıdır. Qələbə seriyasını davam etdirməliyik. Çünki məqsədimiz “ilk 5-lik”də qərarlaşmaqdır”.


 

Daha çox


Son xəbərlər