“Topaz” “Qarabağ” - "Brügge" oyununa əmsalları açıqladı

ETOPAZ 4 Avqust 2011 / 14:51 3188
-  A +

“Topaz” Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşlərinin əmsallarını açıqlayıb. Qol.Az saytının məlumatına görə, proqnozsevərlər Bakıda keçiriləcək “Qarabağ” (Azərbaycan) – “Brügge” (Belçika) görüşünə də pul qoyuluşu edə bilərlər.

“Topaz” ilk matçda 1:4 hesabı ilə uduzan futbolçularımızın bu dəfə də qələbə qazana bilməyəcəyi qənaətindədir. Bunun üçün qonaqların qələbəsi 1,70, “Qarabağ”ın qalib gəlməsi 4,00 əmsalla qiymətləndirilib. Oyunda heç-heçə proqnozlaşdıranlar isə qoyduqları pulu 3,10 dəfə artırmaq şansına malikdirlər.

Qeyq edək ki, “Topaz” bu gün ekspress oyunlara pul qoyuluşu qəbul edəcək.


Son xəbərlər