Coko Haciyevski: "Sona qədər mübarizə apardıq və nəticədə istəyimizə nail olduq"

XƏBƏR 11 Mart 2009 / 19:25 2431
-  A +

"Sona qədər mübarizə apardıq. Nəticədə də son dəqiqələrdə məqsədimizə çatdıq". Qol.Az-ın məlumatına görə, bu sözləri "Xəzər-Lənkəran"la oyunsonrası mətbuat konfransında "Bakı"nın baş məşqçisi Coko Haciyevski deyib. Təcrübəli mütəxəssis Batistanın qırmızı vərəqə aldığı epizoda da münasibətinin bildirib: "Uşaqlar ruhdan düşmədilər. Bu da məni çox sevindirir. Yarımfinala yüksəldiyimizə görə çox məmnunam. Batistanın qırmızı vərəqə aldığı epizoda gəldikdə isə, orada nə olduğunu dəqiq deyə bilmərəm. Bəlkə də Batista həqiqətən də düzgün hərəkət etməyib və ya əksinə, ola bilər ki, hakim haqsız yerə onu meydandan kənarlaşdırıb. Bu məsələyə aydınlıq gətirmək lazımdır. Amma istənilən halda, futbolçu hakimin qərarına narazılıq etməməlidir".  

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord