Aslan Kərimov 19 yaşına «qayıtdı»

XƏBƏR 11 Mart 2009 / 18:06 2496
-  A +

“Açığı, 1993-cü ili xatırlayanda sadəcə şirin xatirələr yadıma düşür. Futbola yeni başlayan biri kimi bu uğur mənə çox əziz idi”. Bu sözləri “Qarabağ”ın rəsmi saytına “Neftçi” ilə sabahkı kubok matçı öncəsi komandanın kapitanı Aslan Kərimov deyib. Kərimov bununla bir anlıq 16 il əvvələ-19 yaşında “Qarabağ”In heyətində ilk dəfə Azərbaycan kubokunu qazandiğı vaxta qiyabi səyahət edib: “Həmin il eyni zamanda ölkə çempionluğunu da qazanmışdıq. O zamanlar fərqli bir kollektivin üzvü idim. Çünki bütün futbolçulardan gənc idim.  İndi isə üzərimdə başqa bir məsuliyyət var. Təbii ki, kuboku qazanmaq mənə başqa bir sevinc gətirəcək. Futbol ömrümə çox qalmayıb. Karyeramı son məqamında  titul qazanmaq üçün əlimdən gələni edəcəmş Hər halda 16 ildən sonra kubok qazanmaq tamam fərqli olardı”.

Daha çox


Son xəbərlər