Moldovada bekar qalan futbolçu Azərbaycandan dəvət gözləyir

XƏBƏR 11 Mart 2009 / 14:40 2302
-  A +

 “MKT-Araz”ın heyətində çıxış etmiş Viktor Barışev hazırda klubsuzdur. Qol.Az-a bu haqda futbolçunun özü məlumat verib. Ölkəmizdən ayrıldıqdan sonra karyerasını bir müddət Ukraynanın aşağı liqasında davam etdirsə də, Barışev hazırda klubsuzdur. Moldovada yasaşan 30 yaşlı yarımmüdafiəçi ölkəmiz üçün darıxdığını və buradakı günlərini xoş xatirə kimi xatıladığını bildirib. Futbolçu deyib ki, təklif gələcəyi halda, karyerasını yenidən ölkəmizdə davam etdirə bilər.    


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı