Frinks Azərbaycanla oyuna tam hazır olacaq

XƏBƏR 11 Mart 2009 / 11:34 2418
-  A +

Bir müddət zədədən əziyyət çəkən Almaniya millisinin yarımmüdafiəçisi Torsten Frinks yaşıl meydanlara qayıdır. Qol.Az-ın məlumatına görə, “Verder”in futbolçusunun zədəsini sağaltması Almaniya milli komandasının baş məşqçisi Yoaxim Lövü də sevindirir. Çünki bu futbolçu eyni zamanda Bundestmin də üzvüdür. Frinks özü isə tezliklə formasını tam bərpa edəcəyinə inanır: “İlk növbədə “Verder”in heyətində forma yığıb özümü sübut etməliyəm. Daha sonra milli komandaya kömək etməliyəm. Yayda bizim Dünya Çempionatının seçmə oyunları çərçivəsində matçlarımız var. Düşünürəm ki həmin vaxta kimi tam hazır olacağam”. Qeyd edək ki, Frinksin şərəfini qoruduğu Almaniya millisi avqustda Azərbaycanla oynayacaq.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord