Elmar Xeyirov “MTZ-RİPO”dan ayrıldı

XƏBƏR 10 Mart 2009 / 21:10 3223
-  A +

“MTZ-RİPO” klubuyla müqaviləmi artıq pozmuşam. Daha orada çıxış etmək istəmirəm”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri Belarusda legioner həyatı yaşayan həmyerlimiz Elmar Xeyirov deyib. Gənc futbolçu qarşıdakı günlərdə gələcək karyerasına aydınlıq gələcəyini söyləyib: “Orada ehtiyatda qalmaqdan bezmişdim. Buna görə də ayrılmağa qərar verdim. Hazırda gələcək klubumun adı məlum olmasa da, bir həftəyə bu məsələ öz həllini tapacaq. İki variant var - “Şaxtyor” və “Qranit”. Çox güman ki, bu klublardan birinə keçəcəyəm”.
Xatırladaq ki, Belarus çempionatında yeni mövsümə aprelin 4-də start veriləcək. Əgər Elmar “Qranit”ə transfer olunsa, yeni komandasında ilk matçını məhz sabiq klubu “MTZ-RİPO”ya qarşı keçirəcək. 

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın