Məşhur yazar Hincal Uluç Bülənt Qorxmazı təhqir etdi

Məşhur yazar Hincal Uluç Bülənt Qorxmazı təhqir etdi
DÜNYA FUTBOLU 10 Mart 2009 / 20:08 2874
-  A +

“Bursaspor”la oyun başa çatdıqdan sonra qıpqırızıydım. Amma bir şeyi başa düşdüm ki, Bülənt Qorxmaz futboldan heç nə anlamır”. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri “Qalatasaray”ın yeni baş məşqçisi Bülənt Qorxmaz barədə məşhur türkiyəli yazar Hıncal Uluç deyib. O bildirib ki, Qorxmazı dərhal tutduğu vəzifədən kənarlaşdırmaq lazımdır: “Etiraf edirəm - mən həyatımda bu qədər yanıldığımı xatırlamıram. Bülənt haqda dediyim müsbət fikirlərin hamısı yalnış imiş. Onun haqda düşüncələrimdə bu qədər tez yanılacağımı gözləmirdim. Əgər “Qalatasaray”ın prezidenti Adnan Polatın yerində olsaydım, “Bursaspor”la matç bitdikdən sonra dərhal Qorxmazı postundan uzaqlaşdırardım. Çünki “Qalatasaray”ı bu qədər alçaltmağa heç kimin haqqı yoxdur. Həm də anladım ki, o futboldan heç nə anlamır, “Qalatasaray”ı qətiyyən tanımır. Əmin oldum ki, Bülənt soyadının əksinə Qorxmaz yox, əsl qorxaqdır. Bu cür adamın “Qalatasaray”ın başında durmağa haqqı yoxdur”.

 


Son xəbərlər