«Simurq» klubunun baş məşqçisi Roman Pokora Qol.Az-a açıqlamasında komandasının birinci dövrədəki çıxışından razı qaldığını deyib. O, Zaqatala klubunun liderlər arasında olmasını gözlənilməz saymadığını bildirib: «İlk dövrədəki çıxışımızdan narazı qala bilmərəm. Həm nəticə, həm də komandanın oyunu məni razı saldı. Liderlər qrupunda olmağımızda gözlənilməz heç nə yoxdur. Bizim çox yaxşı komandamız və futbolçularımız var. Hər kəs komandanın uğuru üçün əlindən gələni edir. Birinci dövrənin «Xəzər-Lənkəran»la son oyununda da uğur qazanmaq istəyirik». Pokora yerli futbolçulara əsas heyətdə şans verməməsi barədə ittihamları da rədd edib: «Digər klublarda da legionerlər azərbaycanlı futbolçuları üstələyir. Heç kimlə prinsip aparmıram. Kim güclüdürsə, onu da meydana buraxıram. «Simurq»un 2 futbolçusu - Sergey Sokolovla Tural Cəlilov yığmaya çağırılıb. Onların milliyə dəvət alması bütün komandanın uğurudur».
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət
Region Liqasının final oyununun yeri və saatı bilindi
Haaland növbəti oyunu buraxacaq
"Çelsi" tarixinin antirekordu
“Qəbələ” - “Zirə”: Heyətlər
Şirkətlər Liqasında növbəti tur başa çatdı
Zubir Liqa 1 klubunun hədəfində
Kapitan 15 il sonra komandadan ayrılır
Bəlkə, "Bayer 04" adını dəyişib "Bayer 90+" qoysun...
"Sabah"ın oyununa bilet al, "İphone-15" qazan!
Mbappe "Real" üçün 130 milyon avrodan keçməyə hazırdır
Azərbaycan çempionatında növbəti finalçı müəyyənləşdi
"Yurqorden" Musa ilə yolları ayıracağının anonsunu verdi
"Neftçi"nin iki futbolçusu "Qarabağ"la oyunu buraxacaq
Legioner rüsumu 50 min manat olsa...
Karlos Teves xəstəxanaya yerləşdirildi
Bir gündə beş boksçumuzun beşi də uduzdu - Avropa çempionatı
Kubokun cavab oyunlarına hakim təyinatları açıqlandı
Premyer Liqa klubunun futbolçuları saxlanıldılar
Arda Güler "Real"dan ayrılmaq istəmir