Babək Quliyev: “Günahkar deyiləm”

Babək Quliyev: “Günahkar deyiləm”
ÖLKƏ FUTBOLU 10 Mart 2009 / 19:24 2924
-  A +

“Federasiyanın buna tam hüququ var. Onlar istədikləri məsələni araşdıra bilərlər. Mən onlara nə deyə bilərəm ki?” Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri hakimlikdən uzaqlaşdırılmasına münasibət bildirən Babək Quliyev deyib. FİFA referisi bildirib ki, o özünü günahsız hesab edir: “Mən özümü tam günahsız hesab edirəm. Əgər mənim günahım olsaydı, onlar məni müvəqqəti olaraq yox, ömürlük hakimlikdən uzaqlaşdırardılar. İndi isə məsələ araşdırılır. Biz heç özümüz də bilmirik ki, nədə ittiham olunuruq. Bizə sadəcə olaraq deyiblər ki, haqqınızda bəzi məlumatlar əldə etmişik və indi həmin məlumatları araşdırırıq. Araşdırma davam etdiyi müddətdə də oyunlara təyinat almayacaqsınız. Amma konkret olaraq, söhbətin nədən getdiyini bilmirəm. Qoy, araşdırmalar qurtarsın, ondan sonra hər şeyə aydınlıq gələcək”.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı