Babək Quliyev və Anar Niyazov hakimlikdən uzaqlaşdırıldı (YENİLƏNİB)

XƏBƏR 10 Mart 2009 / 19:02 2832
-  A +

FİFA dərəcəli iki hakim - Anar Niyazovla Babək Quliyev haqqında Peşəkar Futbol Liqasına müəyyən informasiyalar daxil olub. Bu sensasiyalı məlumatı Qol.Az-a Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev verib. Onun sözlərinə görə, PFL bununla əlaqədar araşdırmaya başlayıb. R.Musayev  bildirib ki, bu səbəbdən hər iki referi hakimlikdən kənarlaşdırılıb: «Araşdırma başa çatana qədər onlara heç bir təyinat verilməyəcək». R.Musayev gənc hakimlər barədə onlara müəyyən siqnalların daxil olduğunu deyib: «Araşdırmanın nə qədər davam edəcəyini deyə bilmərəm. Əgər fakt təsdiqlənərsə, hakimlər haqda ciddi tədbir görüləcək».

****

PFL-in prezidenti Ramin Musayev bir qədər avvəl bu məsələylə bağlı bi qədər geniş açıqlama verib. R.Musayev deyib: “Bizə məlumat çatdırılıb ki, onlar hakimlik adıyla başqa-başqa işlərlə məşğul olurlar. Lakin bu məsələni araşdırırıq. Hazırda araşdırmalar getdiyindən, konkret nəsə söyləməkdə çətinlik çəkirəm. Söhbət onların konkret olaraq, hansısa komandaya “işləməsindən” getmir. Söhbət ümumi komandalardan gedir”.
 

***

“Babək Quliyevlə Anar Niyazovun cəzalandırılmasıyla bağlı əlavə hansısa məlumat verə bilmərəm. Çünki bu məsələ hələ araşdırılır. Araşdırma başa çatdıqdan sonra ətraflı məlumat vermək mümkün olacaq. Hakimlərin konkret olaraq, nədə ittiham olunduğunu da söyləyə bilmərəm”. Qol.Az-ın müxbiriylə söhbətində Babək Quliyevlə Anar Niyazovun hakimlikdən uzaqlaşdırılmasına münasibət bildirərkən, bu sözləri AFFA Hakimləır Komitəsinin sədri Xaqani Məmmədov deyib. 

 

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq