Elmar Xeyirov: “Berti Foqts milli komandada dərəbəylik yaradıb”

Elmar Xeyirov: “Berti Foqts milli komandada dərəbəylik yaradıb”
ÖLKƏ FUTBOLU 10 Mart 2009 / 17:04 3489
-  A +

“Milli komanda haqda danışmaq belə istəmirəm. Bir komanda ki, öz meydanında Lixtenşteyni uda bilmirsə, daha nə haqda demək olar?” Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri bir müddət əvvəl milli komandamıza dəvət alan və hazırda Belarusda legioner həyatı yaşayan Elmar Xeyirov deyib. Gənc futbolçu millimizin Rusiyaya da uduzacağını düşünür: “Rusiya milli komandası çox güclüdür. İnanmıram ki, sensasiya olsun. Amma bununla belə, düşünmürəm ki, darmadağın baş versin. Fikrimcə, millimiz 2 və ya 3:0 hesabıyla məğlub olacaq”.
Elmar millimiz haqda bu cür bədbin düşünməyinin də səbələrini açıqlayıb: “İlk növbədə ölkə çempionatında legionerlərə limit qoyulmalıdır. Çünki klublarda daha çox yerli futbolçular oynamalıdır, nəinki legionerlər. Həm də milli komandanın özülü olmalıdır. Amma Berti Foqts dərəbəylik yaradıb. Kim istəyir, o da milli komandada çıxış edir”.

 

Daha çox


Son xəbərlər