Cəmşid Məhərrəmov: “Hacıyevskiyə təşəkkür”

XƏBƏR 10 Mart 2009 / 16:15 2281
-  A +

“Milli komandaya dəvət aldığım üçün çox sevinirəm. Millinin uğuru üçün əlimdən gələni əsirgəməyəcəyəm”. Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri milli komandanın bu gün açıqlanan heyətinə dəvət alan “Bakı”nın müdafiəçisi Cəmşid Məhərrəmov deyib. Gənc fubtolçu qarşıdakı Rusiyayla matçda meydana çıxacağına inanır: “Milli komandadan dəvət gözləyirdim. Bu dəvətə görə millinin məşqçilərinə təşəkkür edirəm. Klubdakı məşqçim Haciyevskiyə də minnətdaram. Onun sayəsində günü-gündən inkişaf edərək, səviyyəmi qaldırmağa çalışıram. Onların inamını doğrultmağa səy göstərəcəyəm. Qarşıda millimiz Rusiyayla ağır oyun gözləyir. Həmin qarşılaşmada meydana çıxmağı çox istərdim. İnanıram ki, həmin oyundan uğurlu nəticəylə ayrılacağıq. Buna gücümüz çatar”.  

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı