AFFA-dan klublara cəza

XƏBƏR 10 Mart 2009 / 13:43 2396
-  A +

AFFA-nın İntizam Komitəsi premyer-liqanın XVII turundakı bəzi qayda pozuntuları ilə bağlı qərarlar çıxarıb. Qol.Az-ın Peşəkar Futbol Liqasının mətbuat xidmətindən aldığı məlumata görə, "Turan" - MOİK matçının 66-cı dəqiqəsində meydançaya plastik qabın atıldığı üçün meydan sahibi iki min manat cərimələnib.
"Qəbələ" - "İnter" matçında "İnter" klubunun beş futbolçusu sarı vərəqə aldığına görə min manat cərimə olunub.
"Bakı" - "Qarabağ" matçında "Qarabağ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub min manat, matçın 89-cu dəqiqəsində «Bakı» klubunun futbolçusu Stanislav Bacevin əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan qovulduğu üçün bir oyunluq kənarlaşdırılıb və klub iki yüz manat cərimələnib.

"Simurq" - "Neftçi" matçında "Simurq" klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub min manat cərimə olunub. Matçda bir neçə dəfə meydançaya tamaşıçılar tərəfindən kənar əşyaların atıldığı üçün meydan sahibi "Simurq" klubu iki min manat cərimə edilib.
Oyunda "Neftçi" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub min manat cərimə edilib.
Bundan başqa, Azərbaycan çempionatının I divizionunun XVIII turunun "Energetik" - "ABN" Bərdə matçında "Energetik" klubunun baş məşqçisi Sahib Qocayev hakimi təhqir etdiyi üçün 4 oyunluq kənarlaşdırılı və  klub dörd yüz manat cərimə olunur.
 
 
 

 


Son xəbərlər