Mixail Makovski “İnter”dən FİFA-ya şikayət edib

Mixail Makovski “İnter”dən FİFA-ya şikayət edib
ÖLKƏ FUTBOLU 9 Mart 2009 / 15:08 2887
-  A +

“İnter”in belaruslu keçmiş futbolçusu Mixail Makovskinin Qol.Az-a müsahibəsi

- Hazırda hansı komandada çıxış edirsən?
- Ukraynanın birinci liqa təmsilçisi “Zakarpatye”nin şərəfini qoruyuram.
- İşlərin necə gedir?
- Pis deyil. Birinci dövrədən sonra 38 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşmışıq. Çalışacağıq ki, yüksək liqaya vəsiqə qazanaq.
- Keçmiş komandan olan “İnter”in oyunları ilə maraqlanırsan?
- “İnter”in oyunlarıyla aradabir maraqlanıram. İnternet vasitəsiylə komandanın nəticələriylə tanış oluram.
- Yəqin xəbərin var, “İnter” ötən mövsüm çempion oldu...
- Bəli.
- Sizin vaxtınızdaki “İnter” daha güclü idi, yoxsa indiki?
- İndiki komandanı o qədər də yaxşı tanımıram. Buna görə də konkret söz deyə bilmərəm. Amma mən orada oynadığım zaman da “İnter”in güclü heyəti vardı. Sadəcə, uğur qazanmağımız üçün bir qədər bəxtimiz gətirmirdi.
- Keçmiş komanda yoldaşlarında kiminləsə əlaqə saxlayırsan?
- Vyaçeclav Lıçkin, Vladimir Levin, Nəbi Xanciqazovla aradabir internet vasitəsiylə danışıram.
- Ümumiyyətlə, “İnter”dən niyə ayrıldın?
- Bu haqda heç nə danışmaq istəmirəm.
- Gedişinin səbəbini bilmək maraqlıdır. Çünki komandanın aparıcı futbolçularından biri olduğun halda, gözlənilmədən klubu tərk etdin?
- Bu haqda komandanın bolqar prezidentindən soruşun.
- Nikolovla nəsə problemin var?
- Mən sözümü demişəm. İndi son qərarı məhkəmə verəcək.
- “İnter”i məhkəməyə vermisən?
- Bəli, onları məhkəməyə vermişəm. Proses hələ gedir. Amma düşünürəm ki, mən qalib gələcəyəm.
- Hansı məhkəməyə müraciət etmisən?
- 2 il əvvəl FİFA-nın Lozannadakı məhkəməsinə.
- Bəs nə üçün proses bu qədər çox çəkir?
- Bunun səbəbini dəqiq bilmirəm. Amma məndə olan məlumata görə, yaxınlarda proses yekunlaşmalıdır. Fikrimcə, mən qalib gələcəyəm.
- Ümumiyyətlə, hansı səbəbə görə məhkəməyə üz tutdun?
- “İnter” müqavilə şərtlərini yerinə yetirmədiyinə görə.
- Hansı şərtləri yerinə yetirməyiblər?
- Müqaviləyə əsasən öhdələrinə götürdükləri şərtləri.
- Belə başa düşdüm ki, söhbət puldan gedir...
- Bəli, puldan. Onların mənə borcu var.
- Nə qədər?
- Bunu açıqlaya bilmərəm. Kommersiya sirridir.
- Söhbət böyük məbləğdən gedir?
- Elə də böyük deyil. Amma az da deyil. Normal bir rəqəmdir.

 

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı