Futzalçılarımız yoxlama oyunları keçirəcək

XƏBƏR 25 Noyabr 2008 / 17:38 3683
-  A +

Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə dekabrın 22-də və 23-də Bakıda 21 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması gürcüstanlı həmyaşıdları ilə yoldaşlıq oyunları keçirəcək.
Xatırladaq ki, bu il martın 27-də və 28-də Bakıda Azərbaycan və Gürcüstanın futzal üzrə U-21 yığmaları yoldaşlıq oyunları keçirmiş və futzalçılarımız hər iki qarşılaşmada, müvafiq olaraq, 5:2 və 9:6 hesabı ilə qalib gəlmişdi.

Mənbə: affa.az

Daha çox


Son xəbərlər