Türkiyəli jurnalist Rəşad Sadıqovu təriflədi

XƏBƏR 9 Mart 2009 / 12:56 2571
-  A +

Dünən Türkiyə Super Liqasının növbəti turu çərçivəsində öz meydanında “Eskişehirspor”u məğlubiyyətə uğradan “Kocaelispor”un qələbəsində böyük zəhməti olanlardan biri yenə həmyerlimiz Rəşad Sadıqov olub. Qol.Az-ın məlumatına görə, Türkiyənin “Kanal A” telekanalında matçı şərh edən “Fanatik” qəzetinin əməkdaşı həmyerlimizin müdafiə xəttindəki oyununu xüsusi qeyd edib: “Kocaelispor”un müdafiəsi çox az boşluq verdi. Cinah oyunçuları mövqelərini vaxtında bağlamağı bacarırdılar. Azəri futbolçu Sadıqov isə mərkəz xəttində çox soyuqqanlı oynamaqla bərabər eyni zamanda komanda yoldaşlarını yönləndirirdi”.


Son xəbərlər