“Boluspor” qalib gəldi, İlqar 81 dəqiqə oynadı

XƏBƏR 9 Mart 2009 / 12:20 2410
-  A +

İlqar Qurbanovun çıxış etdiyi Türkiyə çempionatının birinci divizion klubu “Boluspor”un yüksəlişi davam edir. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, həmyerlimizin komandası son turda da inamlı qələbə qazanıb. “Boluspor”un səfərdə “Samsunspor”u 4:1 hesabı ilə darmadağın etdiyi qarşılaşmada İlqar start heyətində meydana çıxıb və 81 dəqiqə oynayıb. Bu qələbədən sonra xallarının sayını 41-ə çatdıran “Boluspor” turnir cədvəlində 5-ci pilləyə yükləlib. İndi onları lider “Manisaspor”dan 5 xal ayırır. “Boluspor” növbəti matçını martın 15-də öz meydanında “Kasımpaşa”ya qarşı keçirəcək. Qeyd edək ki “Kasımpaşa” hazırda 42 xalla turnir cədvəlində “Boluspor”u 1 pillə üstələyir.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı