İqor Ponomaryov: “Bakı”yla oyunu düşündüyümdəm, bəzi futbolçulara istirahət verdim”

XƏBƏR 8 Mart 2009 / 17:47 2428
-  A +

“Premyer-liqada qalmağa çalışan kluba qarşı mübarizə apardıq. Meydan amili də rəqibin tərəfində idi. Buna baxmayaraq, qələbə qazandığımıza görə çox sevinirəm”. Qol.Az-ən məlumatına görə, bu sözləri “Muğan”la oyunsonrası mətbuat konfransında “Xəzər-Lənkəran”ın baş məşqçisi İqor Ponomaryov deyib. Təcrübəli mütəxəssis meydanın vəziyyətindən gileylənib: “Meydanın vəziyyəti pis idi. Bu da bizə yaradıcı oyun sərgiləməyə imkan vermirdi. O ki, qaldı heyədəki bəzi oyunçuların bu gün meydana çıxmamasına, bəli, məhz qarşıdakı “Bakı”yla kubok oyununu düşünərək belə etdim. Çünki rəqibimiz bizə nisbətən 1 gün əlavə vaxt qazanıb. Buna görə də bəzi futboçuları bu gün meydana buraxmadım. Diqqətimizi “Bakı”yla oyuna yönəltmişik”.

Daha çox


Son xəbərlər