Roberto Karlos "Ləzqinka" oynadı (VİDEO)

VİDEO 13 İyul 2011 / 22:18 4148
-  A +

Avstriyada təlim-məşq toplantısını başa vuran Rusiyanın "Anji" klubunun gündəlik qrafikində dəyişiklik edilib. Qol.Az-ın məlumatına görə, gündəliyə "Ləzqinka" rəqsi dərsi də salınıb. Klub rəhbərliyi bu məqsədlə rəqs üzrə müəllim tutub. Həmin müəllim isə adi insan deyil, Dağıstan Respublikasının əməkdar artisti Məhəmmədnur Sultanovdur. "Anji"nin xatirinə Sultanov hazırda Avropada qastrolda olan qocaman "Ləzqinka" ansamblını bir neçə günlüyə tərk edib. Onun dərslərində kapitan Roberto Karlos və digər futbolçular özlərini nümunəvi şagirdlər kimi göstəriblər.



Son xəbərlər