Rasim Əliyev : “Bu oyunda nəyə qadir olduğumuzu göstərdik”

XƏBƏR 7 Mart 2009 / 17:55 2393
-  A +

“Komandamdan və sərgilənən oyundan razı qaldım. Nəticə də bizi tam qane edir. Uşaqlar verdiyim tapşırıqların hamısını dəqiqliklə yerinə yetirdilər”. Qol.Az-ın məlumatına görə, bu sözləri MOİK-lə oyunsonrası mətbuat konfransında “Turan”ın baş məşqçisi Rasim Əliyev deyib. Gənc mütəxəssis əvvəlki qarşılaşmalarda məğlub olmalarını futbolçuların bir-birinə uyğunlaşmaması ilə bağlayıb: “Əvvəlki oyunlarda uduzmağımız uşaqların bir-birinə uyğunlaşmamasıyla bağlı idi. Artıq bu problem aradan qalxıb. Yetirmələrim bu oyunda nəyə qadir olduqlarını göstərdilər. İnanıram ki, qarşıdakı oyunlarda da bugünkü kimi gözəl çıxış edərək, autsayderlər qrupundan tezliklə uzaqlaşacağıq”.  

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı