Samir Əliyev: “Gedenin istefaya göndərilməsinə çox sevindim”

XƏBƏR 7 Mart 2009 / 14:09 2429
-  A +

“Çox sevinirəm ki, rəhbərlik Gedeni istefaya göndərdi. Komandamızın bu vəziyyətə düşməsinin günahkarı məhz odur”. Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri “Neftçi”nin hücumçusu Samir Əliyev deyib. О, baş məşqçi Gedenin komandadan çıxarılmasını düzgün hesab edir: “Çempionatın əvvəlində 9 futbolçunu komandadan uzaqlaşdıraraq, yeni heyət quracağını bildirdi. Amma hər şey göz qabağındadır. Gede verdiyi vədlərin heç birinə əməl etmədi. Əksinə, komandanı pis günə qoydu, komandadakı, futbolçular arasında xoş ab-havanı korladı. Düşünürəm ki, onun gedişindən sonra işlərimiz yaxşıya doğru dəyişəcək”.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki