«Neftçi»dən Gedeyə ağır ittiham: alman məşqçi klubun atributlarını təhqir edib

XƏBƏR 7 Mart 2009 / 14:04 2527
-  A +

«Neftçi»nin mətbuat xidməti Hans Yurgen Gedenin istefaya göndərilməsiylə bağlı açıqlama yayıb. Mətbuat xidmətindən Qol.Az-a daxil olan açıqlamada deyilir ki, «Neftçi» PFK-nın bütün komandalarının və Uşaq Futbol Məktəbinin baş məşqçisi Hans-Yurgen Gede martın 7-də tutduğu vəzifədən qovulub: «Buna səbəb Y.Gedenin klubla məşqçi arasında bağlanmış müqavilənin şərtlərini pozması olub. O, Uşaq Futbol Məktəbinin fəaliyyətinə nəzarət etməkdən, klub rəhbərliyinin təkidlərinə baxmayaraq, əvəzedici heyətin və aşağı yaş qrupları üzrə komandaların oyunlarına getməkdən imtina edib. Müqavilə imzalayarkən, “Neftçi”nin ilk “üçlük”də yer alacağı ilə bağlı şərti qəbul etsə də, üzərinə götürdüyü vəzifələrin öhdəsindən gələ bilməyərək “Neftçi”ni turnir cədvəlində 10-cu yerə endirib. Bundan əlavə, Y.Gede klubun tarixinə hörmətsiz yanaşıb və atributlarını təhqir edib. Bütün bunları nəzərə alan klub rəhbərliyinin qərarı ilə Hans-Yurgen Gede və “Neftçi” PFK arasında bağlanmış müqaviləyə xitam verilib. Mövsümün sonuna qədər komandanın baş məşqçisi funksiyasını köməkçi məşqçi Böyükağa Ağayev yerinə yetirəcək».

 


Son xəbərlər