Ağdamlı Cəmşid Məhərrəmov «Qarabağ»a qarşı

XƏBƏR 6 Mart 2009 / 19:55 2253
-  A +

“Liderliyimizin təsadüfi olmadığını sübut etmək üçün “Qarabağ”ı məğlubbiyyətə uğratmalıyıq”. Bu sözləri Qol.Az-a sabah “Qarabağ”la keçiriləcək çempionat oyunu öncəsi “Bakı”nın futbolçusu Cəmşid Məhərrəmov deyib. Cəmşid rəqibin güclü olduğunu və onlara hörmətlə yanaşdıqlarını vurğulayıb: “Təbii “Qarabağ” güclü komandadır. Ümumiyətlə, çempionatda zəif rəqib anlayışı olmamalıdır. Bütün rəqiblərinə hörmət etməli və onlardan ehtiyatlanmalısan. Üstəlik biz çempionluğa oynayırıq və hər oyunda məsuliyyətli olmalıyıq. Düşünürəm ki, sabah azarkeşlər gözəl futbol izləyə biləcəklər”. Əslən ağdamlı olan Məhhərəmov sabahkı qarşılaşmada bu faktorun onun üçün heç bir əhəmiyyət daşımayacağını deyib: “Qarabağ”a yalnız uğurlar arzulaya bilərəm. Düzdür, özüm də ağdamlıyam. Amma sabahkı oyunda bu, mənim üçün heç bir əhəmiyyət daşımayacaq. Peşəkar futbolçuyam. Əgər bu gün “Bakı”nın çörəyini yeyib,  “Bakı”nın fomasını geyinirəmsə, deməli, onun uğuru üçün də meydançada canımı qoymalıyam”.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı