Elnur Allahverdiyev: “Allah köməyimiz olsun!”

XƏBƏR 6 Mart 2009 / 19:36 2546
-  A +

“Bakı ilə oyunda ancaq qələbə üçün oynayacağıq. Hətta heç-heçə də bizi qane etmir”. Bu sözləri Qol.Az-a sabah “Bakı” ilə keçirəcəkləri matç öncəsi “Qarabağ”ın yarımmüdafiəçisi Elnur Allahverdiyev deyib. Elnur bu oyunun onlar üçün böyük əhəmiyyət daşıdığını söyləyib: “Standard” məğlubiyyəti qətiyyən bizim planlarımıza daxil deyildi. Həmin oyunda çox vacib 3 xal itirdik. “Bakı” ilə oyunda qələbə qazanmasaq, çempionluq yolunda ciddi zərbə alacağıq və rəqiblərimizdən xeyli geri düşəcəyik. Rəqib də güclü komandadır. Amma inanıram ki, Allahın köməyi ilə meydançada bütün qüvvəmizi qoyub istədiyimiz nəticəni qazanacağıq”.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı