Azərbaycan milli komandası Vasili Utkini narahat edir

XƏBƏR 6 Mart 2009 / 18:55 2571
-  A +

“Düzünü desəm, Azərbaycanla oyunun hansı stadionda keçiriləcəyini hələ bilmirəm. İnanmaya bilərsiniz, amma bu, həqiqətən də belədir”. Qol.Az-ın məlumatına görə, bu sözləri məhşur rusiyalı teleşərhçi Vasili Utkin azarkeşlərin onun şəxsi bloquna ünvanlanan “Azərbaycanla oyunun “Lujniki”də keçirəlməsi düzgün variandırmı?” sualına cavab verərkən deyib. Məhşur teleşərhçi matçın hansı stadionda keçirilməsininin elə də əhəmiyyət kəsb etmədiyini düşünür: “Təbii ki, yuxarıdakı fikirlərimi zarafat kimi də qəbul edə bilərsiniz. Amma matç günü futbolçular meydançaya ayaq basmayınca, söz demək çətindir. “Lujniki”ni Rusiya Futbol Federasiyası seçib. Əsas odur ki, qalib gələk. Amma Azərbaycanla oyunda narahatlıq keçirəcəyimiz dəqiqdir”.


Son xəbərlər