Qurban Qurbanov “Bakı”ya meydan oxudu

XƏBƏR 6 Mart 2009 / 17:17 2360
-  A +

“Tofiq Bəhramov adına Respublika stadionunda oynamaq başqa ab-havadır. Bu mənada, oyuna xüsusi köklənmişik”. Bu sözləri Qol.Az-a sabah “Bakı” ilə çempionat oyununa çıxacaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Gənc məşqçin rəqibin gücünə baxmayaraq, oyuna 3 xal üçün çıxacaqlarını deyib: “Bakı”nı çox ciddi rəqib kimi qəbul edirik. Hazırda hamı onları çempionluğa əsas namizəd sayır. Amma biz də öz iddiamızı ortaya qoyacağıq. Buna görə də meydançaya qələbə üçün çıxacağıq”.
Qurbanov gələn həftə “Neftçi” ilə təkrar ¼ final matçı səbəbindən əsas heyət oyunçularını qoruyacaqlarına dair səslənən fikirləri də təkzib edir: “Belə bir şey ola bilməz. Meydançaya əsas heyətlə çıxacağıq. Çünki biz qarşımıza həm kubokda həm də çempionatda uğurlu çıxış məqsədi qoymuşuq”.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı