Coko Haciyevski: “İstənilən halda meydandan qələbə ilə ayrılmalıyıq”

Coko Haciyevski: “İstənilən halda meydandan qələbə ilə ayrılmalıyıq”
ÖLKƏ FUTBOLU 6 Mart 2009 / 16:51 2583
-  A +

“Bakı”nın baş məşqçisi Coko Haciyevskinin Qol.Az-a müsahibəsi.

- “Qarabağ”la oyunun hazırlığı necə gedir?
- Hazırlıq plan üzrə gedir. Artıq komandamız təlim-məşq toplanışına yığışıb. Əsas diqqətımizi sabahkı qarşılaşmaya yönəltmişik.
- Heyətlə bağlı hər hansı bir probleminiz var?
- Yalnız komandamızın kapitanı Rafael Əmirbəyov sarı vərəqə limitini doldurduğundan “Qarabağ”la oyunda iştirak edə bilməyəcək. Qalan elə bir itkimiz yoxdur.
- Oyun haqqında nə düşünürsünüz?
- Çox çətin qarşılaşma olacaq. Uşaqlar da bu oyunun məsuliyyətini gözəl anlayırlar. Ona görə çox diqqətli olmalıyıq. İlk dəqiqələrdən olduqca ehtiyatlı oynamaq lazımdır. İmkan vermək olmaz ki, rəqib üstünlüyü ələ keçirsin. Bunu futbolçulara da tapşırmışam.
- “Qarabağ”ı rəqib kimi necə qiymətləndirirsiniz?
- “Qarabağ” çox güclü komandadır. Onların oyunlarına yaxşı bələdəm. Son turda öz meydanlarında “Standard”a məğlub olsalar da, “Qarabağ”ın iddiası davam edir. Heyətdə də çox güclü futbolçular yığışıb.
- Bununla belə, liderliyinizi qorumaq üçün meydandan qələbə ilə ayrılmalısınız...
- Şübhəsiz. İstənilən halda meydandan qələbə ilə ayrılmalıyıq. Nə olur-olsun, “Qarabağ”ı əlimizdən buraxmamalıyıq. Əgər ağdamlıları məğlub edə bilməsək o zaman “İnter” üzərində qazanılan qələbə əhəmiyyətini itirəcək.
- Düşərgədə əhval-ruhiyyə necədir?
- Əhval-ruhiyyə yüksək səviyyədədir. Sevindirici haldır ki, bu cəhətdən hər şey qaydasındadır.
- Qeyd etdiniz ki, cəza səbəbindən Rafael Əmirbəyov sabahkı qarşılaşmada oynamayacaq. Belə olan halda, onun yerini Saşa Yunisoğlu tuta bilər?
- Bunu deyə bilmərəm. Hələ oyuna 1 gün var. İndidən heyətlə bağlı açıqlama verə bilmərəm. Hələ bu gün oyunqabağı son məşqimiz var. Futbolçulardan kimin daha hazırlıqlı olması məhz o zaman bilinəcək. Bir də ki Saşanın hansı formada olduğunu və oyuna hazır olub olmadığını bilmirəm. Yunisoğlu bu həftə demək bizimlə məşq etməyib. Bilirsiniz ki, o, milli komanda ilə birlikdə Almaniyada olduğundan “Bakı”nın məşqlərində iştirak etməyib. Yalnız dünən düşərgəyə gəlib çıxıb.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın