“Hüquq-mühafizə orqanları bizə kömək edir”

ÖLKƏ FUTBOLU 6 Mart 2009 / 13:53 2816
-  A +

“Yunis Hüseynovun penalti istədiyi epizodlarda 11 metrlik cərimə zərbəsindən söhbət belə gedə bilməz”. Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri PFL-in prezidenti Ramin Musayev deyib. R.Musayev bildirib ki, “Karvan” - “Olimpik” oyunundan sonra birincilərin baş məşqçisi Yunis Hüseynovun hakimliklə bağlı səsləndirdiyi fikirlər əsassızdır: “Mən həmin epizodları dəfələrlə izləmişəm. Sizə tam əminliklə deyə bilərəm ki, həmin epizodlarda hakim düzgün qərar qəbul edib. İmanxan Sultani “Karvan” - “Olimpik” oyununu normal idarə edib”.
PFL-in prezidenti həmçinin ölkə kubokunun ¼ final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qarabağ” - “Neftçi” oyunundan sonra yaşanan hadisələrin də onlar tərəfindən araşdırıldığını bildirib: “Həmin oyun keçirilən gün mən Bakıda deyildim. Lakin geri qayıtdıqdan sonra bu məsələni araşdırdım. Belə məlum oldu ki, “Neftçi”nin baş məşqçisini heç kim vurmayıb. Qarşı tərəfin verdiyi məlumata görə, azarkeşlərdən biri Gedenin üzərinə hücum edib, lakin onu vurmayıb”.
Sonda isə R.Musayev bildirib ki, onlar premyer-liqanın hər bir oyununa ciddi nəzarət edirlər: “Biz var gücümüzlə çalırıq ki, çempionatın oyunları təmiz keçsin. Çünki futbolumuzun inkişafını istəyiriksə, oyun alqı-satqısı olmamalıdır. Oyun alqı-satqısı olan yerdə hansı inkişafdan danışmaq mümkündür? Sağ olsun, hüquq-mühafizə orqanları, onlar da bizə kömək edirlər. Hər bir oyunu araşdırırıq. Sevindirici haldır ki, hələ hansısa bir danışılmış oyuna rast gəlməmişik”.

    
 

Daha çox


Son xəbərlər