Ballak Azərbaycanla oyunun “Çelsi”yə təsir etməyəcəyini düşünür

XƏBƏR 6 Mart 2009 / 13:08 2386
-  A +

İngiltərənin “Çelsi” və Almaniya millisinin yarımmüdafiəçisi Mikael Ballak London klubunun yeni baş məşqçisi Quss Hiddink haqqında danışarkən onun Rusiya milli komandasındakı fəaliyyətinin kluba təsir etməyəcəyini deyib. Qol.Az-ın məlumatına görə, Ballak Azərbaycan və Lixtenşteynlə oyunlar səbəbindən Hiddinkin “Çelsi”dən ayrı qalacağının kluba ciddi zərər verməyəcəyini düşünür: “Başa düşürük ki, Hiddink eyni zamanda həm də Rusiya milli komandasının baş məşqçisidir. Rusların isə martın sonlarında dünya çempionatının seçmə qrup oyunları çərçivəsində iki matçı var. Bu mənada, hollandiyalının son zamanlar əsas diqqətini həmin oyunlara yönəltməsi təbiidir. Futbolda belə şeyləri qeyri-adi qarşılamaq lazım deyil. Amma bunun “Çelsi”yə hər hansı ciddi təsiri olacağını düşünmürəm. İstənilən halda biz Hiddinklə işləməkdən mənmunuq və onun “Çelsi”də qalmasının tərəfdarıyıq”.


Son xəbərlər