"Bu ölkədə başqa hakim qalmadımı?"

XƏBƏR 6 Mart 2009 / 12:13 2305
-  A +

Həftəsonu öz meydançasında “Eskişeherspor”u qəbul edəcək həmyerlilərimiz Rəşad Sadıqovla Ramal Hüseynovun şərəfini qoruduğu “Kocaelispor” bu gündən etibarən məşqlərini mətbuata qapalı şəkildə keçirəcək. Qol.Az-ın “Bizim Kocaeli” qəzetinə istinadən vediyi məlumata görə, oyun gününə kimi komandanın məşqlərinə bir nəfər də olsun jurnalist buraxılmayacaq. Bu arada Türkiyə Futbol Federasiyasının bu qarşılaşmaya Özgür Yankayanı hakim təyin etməsi “Kocaelispor”un böyük narazlığına səbəb olub. Carı mövsümdə cəmi bir dəfə Super Liqada matç idarə etmiş birisinin həyati əhəmiyyətli qarşılaşmaya göndərilməsi klub rəhbərliyini və azarkeşlərini özündən çıxarıb. Bundan basqa “Başqa hakim qalmadımı?” başlıqlı yazıda “Bizim Kocaeli” əməkdaşları Özgürün 2006-07-ci il mövsümündə “Elazıspor” matçında “Kocaelispor”un iki futbolçusuna qırmızı vərəqə göstərməsi faktını gündəmə gətiriblər. İzmitlilərin fikrincə, hakimlər komitəsi bu addımı qərəzli olaraq atıblar.


Son xəbərlər