“Olimpik” adını niyə dəyişib?

XƏBƏR 6 Mart 2009 / 11:50 2315
-  A +

“Lazımı sənədləti toplayaraq, klubumuzun adının dəyişdirilməsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etdik. Onlar da bizim müraciətimizi müsbət qarşıladılar. Bundan sonra sənədləri AFFA-ya təqdim edərək, klubumuzun yeni mövsümdən premyer-liqada və ölkə kubokunda “Olimpik-Şüvəlan” PFK adı altında çıxış etməsini istədik”. Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində “Olimpik” klubunun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov deyib. Klub rəsmisi “Olimpik”in adının dəyişdirilməsinin səbəbini belə izah edib: “AFFA prezidenti Rövnəq Abdullayev klubların adının dəyişdiriləməsi ilə bağlı fikir irəli sürmüşdü. Digərlərindən fərqli olaraq, bizim klubun rəhbərliyi bu təklifi bəyəndi. Məhz bu səbəbdən klubumuzun adını dəyişdirmək qərarına gəldik. Həm də komandamızın bazası da məhz Şüvəlan qəsəbəsində tikilir. Bütün bunları nəzərə alaraq, “Olimpik” adını “Olimpik-Şüvəlan”la əvəzləməyə qərara aldıq”.

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki