“Olimpik” “Bakılı”yla oyuna ciddi itkilərlə çıxacaq

XƏBƏR 6 Mart 2009 / 11:08 2459
-  A +

Sabah premyer-liqanın XVII turu çərçivəsində “Bakılı”nı qəbul edəcək “Olimpik” bu matça ciddi itkilərlə çıxacaq. Qol.Az-ın məlumatına görə, bu matçda komandanın kapitanı Tərlan Əhmədov və braziliyalı Santos forma geyməyəcəklər. Hər iki futbolçu son turda sarı vərəqə aldıqlarından cəzalı duruma düşüblər. Lakin “Olimpik”in itkilərli bununla bitmir. Zədəli olduqlarına görə, Revan Qetsadze və Sergey Laşenkovun da “Bakılı”ya qarşı meydana çıxmayacaqları güman olunur. Lakin Samir Musayevin oynayıb-oynamamayacağı hələ məlum deyil. Son günlər xəstə olan Samiri həkimlər oyuna yetişdirməyə çalşırlar.
    

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord