Premyer-liqanın oyunları canlı yayımda

XƏBƏR 6 Mart 2009 / 10:47 2452
-  A +

Azərbaycan Premyer Liqasının XVII turunun 3 oyunu ekranlara gələcək. Şənbə günü "Şəfa" stadionunda saat 15.00-da başlayacaq "Olimpik" - "Bakılı" oyunu "İdman-Azərbaycan" kanalı ilə, Tofiq Bəhramov adına Respublika stadionunda 17.00-da start götürəcək "Bakı" - "Qarabağ" oyunu isə AzTV ilə canlı yayımlanacaq. AzTV bazar günü saat 18.00-da Zaqatalada keçiriləcək "Simurq" - "Neftçi" oyununu nümayiş etdirəcək. Eyni saatda "Şəfa" stadionunda başlanacaq "Standard" - ""Karvan" matçının "İdman-Azərbaycan" kanalı ilə canlı yayımlanması gözlənilir. Bunun üçün kanalda efir vaxtı da ayrılıb. Bu məsələyə gün ərzində aydınlıq gələcək.

Mənbə: pfl.az
 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı