Rusiya Futbol İttifaqının prezidenti millimizlə oyun haqda danışdı

XƏBƏR 5 Mart 2009 / 21:19 2468
-  A +

“Milli komandamızın baş məşqçisinin eyni zamanda klubu çalışdırması Rusiya futbolu üçün yolverilməz haldır. Çalışacağıq ki, gələcəkdə bu cür halların qarşısını alaq”. Qol.Az-ın məlumatına görə, bu sözləri Rusiya Futbol İttiqafının prezidenti Vitali Mutko deyib. V.Mutko bildirib ki, hazırda daha çox diqqətini “Çelsi”yə ayırmasına baxmayaraq, Hiddinkin Azərbaycan və Lixtenşteynlə oyunlara Rusiya milli komandasını lazımınca hazırlayacaq: “Digər tərəfdən də düşünürəm ki, Hiddink “Çelsi”ni çalışdırdıqdan sonra heç nə dəyişməyib. Onsuz Hiddink əvvəllər də Rusiyaya yalnız təlim-məşq toplanışı və oyunlar zamanı gəlirdi. Lakin əminəm ki, Azərbaycan və Lixtenşteynlə oyunlara Hiddink lazımınca diqqət ayıracaq. Çünki bu oyunlar əhəmiyyətlidir. Dünya çempionatının final mərhələsinə vəsiqə qazanacağımız halda da, mundiala millimizi məhz Hiddink hazırlayacaq. Hiddinkin millimizi hətta telefonla idarə etməsinə belə razıyam. Təki o, nəticə qazansın”.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın