İqor Ponomaryov: “Muğan”la oyunun Salyanda keçirilməsi daha yaxşı variantdır”

XƏBƏR 5 Mart 2009 / 21:00 2335
-  A +

“Muğan”la oyunun keçiriləcəyi məkanla bağlı problem aradan qalxdıqdan sonra “Xəzər-Lənkəran”ın planları da müəyyənləşib. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Lənkəran təmsilçisi bazar günü keçiriləcək oyunun hazırlığını doğma şəhərdə tamamlayacaq və Salyana yalnız oyun günü yollanacaq. “Muğan”la matç Salyanda keçiriləcəyindən, “Xəzər-Lənkəran”ın süni örtüklü meydançada məşq etməsinə də ehtiyac qalmayıb. Çünki oyun Salyanda keçirlməyəcəyi halda, “Muğan” rəqibin “Şəfa”da qəbul edəcəkdi ki, bu arenanın da ot örtüyü sünidir. Məhz bu baxımdan “Xəzər-Lənkəran” ın baş məşqçisi İqor Ponomaryov oyunun Salyanda keçirilməsini daha yaxşı variant sayır. Amma meydanın ot örtüyünün vəziyyətinin idealdan uzaq olması da təcrübəli mütəxəssisi narahat edir.  


Son xəbərlər