AFFA “Xəzər-Lənkəran”ı cərimələdi

XƏBƏR 25 Noyabr 2008 / 13:21 3903
-  A +

AFFA Nizam-İntizam Komitəsinin (NİK) iclası keçirilib. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən verilən məlumata görə, komitə üzvləri Azərbaycan Premyer Liqası və birinci divizionun XII turunda qeydə alınan xoşagəlməz hadisələrlə bağlı uyğun qərarlar çıxarıb.

“Karvan” – “İnter” qarşılaşmasında qonaqların 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün komanda 1000 manat cərimələnib. Son turda “Qarabağ”a uduzmaqla baş məşqçisini itirən “Xəzər-Lənkəran”ı azarkeşləri də ziyana salıb. Növbəti dəfə onların meydana kənar əşyalar – plastik qablar, oturacaq və xırda pullar atması kluba 2000 manatlıq cərimənin kəsilməsinə səbəb olub. Bu halın ardıcıl ikinci dəfə təkrarlanmağını nəzərə alan NİK cənublulara ciddi xəbərdarlıq da edib. Belə hadisənin təkrarlanacağı halda qurum daha sərt tədbirlərə əl atacaq.

Əvəzedicilərin çempionatında “Karvan” və “Simurq” 500, “Qəbələ” 100 manat cərimələnib. Birinci divizionda çıxış edən “Göyəzən”in cəzası daha yüngül olub – 20 manat.

Ümumilikdə, NİK bu günkü iclasında Premyer Liqa və birinci divizion komandalarına 3120 manatlıq cərimə kəsib.

Mənbə: apasport.az


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı